• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hərbi tibb personalımız Kahramanmaraşdadır - FOTOLAR

CƏMİYYƏT

08 Fevral 2023 | 17:31

Hərbi tibb personalımız Kahramanmaraşdadır - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətə başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Hərbi həkimlərimiz səhra hospitalında Türkiyənin Səhiyyə Nazirliyinin əməkdaşları ilə koordinasiyalı şəkildə zəlzələ nəticəsində xəsarət alanların qəbulu, qeydiyyatı, çeşidlənməsi, əməliyyat olunması və aidiyyəti üzrə digər tibb müəssisələrinə göndərilməsi işlərində fəal iştirak edir.

Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunub.


Hərbi tibb personalımız Kahramanmaraşdadır - FOTOLARHərbi tibb personalımız Kahramanmaraşdadır - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026