• Bakı 20° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

“Peyvənd olunmayan uşaqlar mütləq bu xəstəliyə yoluxacaqlar” - XƏBƏRDARLIQ

CƏMİYYƏT

10 Mart 2023 | 15:45

“Peyvənd olunmayan uşaqlar mütləq bu xəstəliyə yoluxacaqlar” - XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, Ermənistanda qızılcaya yoluxanların sayı artır.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi xəstəliklə bağlı yeni məlumatlar dərc edib. Nazirlikdən bildirilib ki, xəstəliyə yoluxanların sayı 43-ə çatıb. Onlardan 17 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

Qeyd edək ki, virusa yoluxanlardan 40 nəfərə peyvənd vurulmayıb, üç nəfər isə qismən peyvənd edilib.

Qızılca xəstəliyinin Azərbaycanda da yaılma ehtimalı varmı?

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qızılca xəstəliyi uşaqlarda yayılan infeksiyadır: “Bu, uşaq infeksion xəstəliyi olmaqla yanaşı, çox yoluxucu xəstəlikdir. Bunun qarşısını yalnız uşaqlara 6 yaşa qədər vaxtaşırı vurulan peyvəndlərlə almaq olar. O peyvəndlərin içərisində qızılca peyvəndi də var”.

Onun sözlərinə görə, hansı ölkədə peyvəndləmə səviyyəsi aşağıdırsa, orda infeksiya yayıla bilir: “Göstəricilərə görə, Azərbaycanda peyvəndləmə kifayət qədər yüksəkdir. Ona görə də, əgər rəqəmlərə inansaq, yoluxma ehtimalı azdır. Burda əsas məsələ peyvənd olunmaqdır. Çünki bunu adi yolla qorumaq mümkün deyil, ya uşaq yoluxub sağalmalı, ya da peyvənd olunmalıdır”.

İnfeksionist vurğulayıb ki, qızılca çox yoluxucu xəstəlik olduğundan, uşağı başqa hər hansı yolla qorumaq mümkün deyil:

“Peyvənd olunmayan uşaqlar mütləq bu xəstəliyə yoluxacaqlar. Onu da deyim ki, çox ağır keçən xəstəlikdir, ona görə valideynlərin uşaqları peyvənd etdirməsi çox vacibdir. Son dövrlər valideynlərin uşaqlarını peyvənd etdirməməsinə rast gəlirik. Bunun fəsadlarından biri də hazırda qızılcaya yoluxmadı”.

Aytac Aslan


SON XƏBƏRLƏR