• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sülhməramlıların 27 maşını aksiya yerindən keçdi

CƏMİYYƏT

09 Aprel 2023 | 14:00 | Müəllif: Subhan Mahmudov

Sülhməramlıların 27 maşını aksiya yerindən keçdi

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 3 minik və 10 təminat və təchizat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib. Bundan əvvəl isə 1 minik maşını Laçın, 2 yük avtomobili isə əks istiqamətinə keçib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 27-yə çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026