• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu gün “Avroviziya”da ilk yarımfinaldır

CƏMİYYƏT

09 May 2023 | 11:18

Bu gün “Avroviziya”da ilk yarımfinaldır

Bu gün “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. 

Bakıvaxtı.az xəbər verir ki, 67-cisi keçirilən yarışma Liverpulda olacaq. 

Bu gün 15 ölkə səhnəyə çıxacaq. Onlar arasında Azərbaycanı təmsil edən  Tural və Turan Bağmanov qardaşları da yer alacaq. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaqlar. 

Axşam səhnəyə çıxacaq digər ölkələr isə Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiyadır. 

Səsvermə mayın 9-da canlı konsert zamanı açıq olacaq.

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinal 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edəcək.


Bu gün “Avroviziya”da ilk yarımfinaldır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026