• Bakı 16° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Qanunsuz balıq ovlayanlar saxlanıldı

CƏMİYYƏT

08 Iyun 2023 | 10:24

Qanunsuz balıq ovlayanlar saxlanıldı

Mingəçevir Su Anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakini Təyyar Mustafayev, Yevlax rayon sakinləri Təbriz Yusifov, Yusif Əzizov, Yadigar Allahverdiyev, İlqar Məmmədov, Zaqatala rayon sakini Vüqar Həsənov, Neftçala rayon sakini Rüstəm Kazımov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, o əlavə edib.


SON XƏBƏRLƏR

24 Aprel 2024