• Bakı 12° C

    9.08 m/s

  • USD - 1.7

    EUR - 1.8303

    RUB - 0.0186

"Azdrama"ya qarşı dələduzluq edildi

CƏMİYYƏT

08 Iyun 2023 | 11:11

Azdramaya qarşı dələduzluq edildi

Akademik Milli Dram Teatrına ("Azdrama") qarşı dələduzluq edilib, zərərçəkənlər var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə teatrın yaydığı müraciətdə qeyd edilib.

Bildirilib ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir:

"Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir.

Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”.


SON XƏBƏRLƏR

07 May 2024