• Bakı C

    9.83 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Piyadanı vurub qaçan sürücü tutuldu - VİDEO

CƏMİYYƏT

08 Iyun 2023 | 10:41

Piyadanı vurub qaçan sürücü tutuldu - VİDEO

Lənkəranda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, hadisə iyunun 6-da saat 23 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində baş verib. Müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini piyada Hüseyn Əliyev vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Lənkəran ŞRPŞ-nin keçirdiyi tədbirlərlə hadisəsini törədərək qaçmış “Khazar” markalı avtomobilin sürücüsü, Murad Abdullazadə müəyyən edilərək istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

24 Dekabr 2025