• Bakı 17° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Ziyafət Abbasova ruhi-əsəb dispanserindən çıxarıldı

CƏMİYYƏT

08 Iyun 2023 | 10:14

Ziyafət Abbasova ruhi-əsəb dispanserindən çıxarıldı

İyunun 6-da ruhi-əsəb dispanserinə yerləşdirilən AXCP üzvü Ziyafət Abbasovanın yeri dəyişdirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bakıvaxtı.az-a bildirib ki, Z.Abbasovanın müalicəsi digər xəstəxanada davam etdirilir: “Vətəndaş ruhi-əsəb dispanserində ixtisaslı həkim müayinəsindən keçirildikdən sonra Sabunçu Rayon Xəstəxanasına köçürülüb. Hazırda müalicəsini orada davam etdirir”.

Qeyd edək ki, sosial şəbəkələrdə AXCP üzvü Ziyafət Abbasovanın itkin düşməsi ilə bağlı məlumatlar yayılmışdı. Hətta onun saxlanılması ilə bağlı iddialar da səsləndirilib. Sonradan DİN açıqlama yayaraq Z.Abbasovanın ruhi-əsəb dispanserinə yerləşdirildiyini bildirib.


SON XƏBƏRLƏR