• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu rayonlara avtobus reysləri təxirə salınıb - RƏSMİ

CƏMİYYƏT

09 Yanvar 2023 | 17:44 | Müəllif: Qalib İbrahimoğlu

Bu rayonlara avtobus reysləri təxirə salınıb - RƏSMİ

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qarlı hava şəraiti ilə əlaqədar regional mərkəzlərə avtonəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib.

Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə daşıyıcılar təlimatlandırılıb.

Hazırda Bakıdan rayonlara səfər etmək istəyən sərnişin sayında azalma müşahidə edilir. AYNA tərəfindən istiqamətlər üzrə monitorinq aparılıb (trend). Əksər istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilib. Qəbələ, İsmayıllı, Oğuz, Quba, Qusar, Xaçmaz, Gədəbəy istiqamətinə olan reyslər hava şəraiti ilə bağlı təxirə salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR