• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zəlzələdə həlak olanların həmyerlimizin nəşi Azərbaycana gətiriləcək

CƏMİYYƏT

08 Fevral 2023 | 16:01

Zəlzələdə həlak olanların həmyerlimizin nəşi Azərbaycana gətiriləcək

“Kahramanmaraşda zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşı Nailə Bünyatovanın nəşi Vətənə göndəriləcək”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Onun sözlərinə görə, mərhumun yaxınları ilə əlaqə saxlanılıb və nəşin ölkəyə göndərilməsi ilə bağlı iş gedir: "Onun nəşi əvvəlcə Ankaraya gedəcək, oradan da Vətənə yola salınacaq”.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026