• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ən çox su itkiləri qeydə alınan ərazilər

CƏMİYYƏT

10 Mart 2023 | 15:27

Ən çox su itkiləri qeydə alınan ərazilər

Ən çox su itkiləri Bakının Sabunçu, Suraxanı və Binəqədi rayonlarında və Abşeronda qeydə alınır.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" adlı mətbuat konfransında
deyib.

"Bunun əsas səbəbi bir tərəfdən sürətli və pərakəndə şəkildə, infrastruktur olmayan yerlərdə tikililərin salınmasıdır. Digər tərəfdən isə su təchizatı sistemləri köhnəlməyə doğru gedir.

Baxmayaraq ki, daxili imkanlar hesabına 500 kilometrə yaxın paylayıcı qurğular yenilənib, Abşeron yarımadasındakı analoji qurğuların 70 %-dən çoxu istismar müddətini başa vurub. Eyni zamanda tikinti-norma qaydalarına da uyğun gəlməyən şəbəkələr çəkilib", - deyə E. Məmmədov əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026