• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Qarlı havada 25 nəfər xəsarət alıb - YENİLƏNİB 

CƏMİYYƏT

09 Yanvar 2023 | 18:57

Qarlı havada 25 nəfər xəsarət alıb - YENİLƏNİB

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, onlardan 18-i qadın, 7-si kişidir. Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub.

Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub. Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

 

***14:30

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlardan 13-ü qadın, 3-ü kişidir. Müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin taravmaları ilə bağlı olub. Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub.

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

 

***14;14

Hava şəraiti ilə əlaqədar dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər (11 qadın, 1 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026