• Bakı 25° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

DİM məlumat yaydı - qeydiyyat bu gün başa çatacaq

CƏMİYYƏT

10 Iyun 2025 | 10:15

DİM məlumat yaydı - qeydiyyat bu gün başa çatacaq

Azərbaycan dili (dövlət dili) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat başa çatır.

Bu barədə Bakıvaxtı.az-a DİM-dən məlumat verilib.

    Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər.

    Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

    Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək.


    SON XƏBƏRLƏR

    10 Iyun 2025