• Bakı 27° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Yaxşı görmək istəyirsinizsə, bu qidalardan çox yeyin

CƏMİYYƏT

10 Iyul 2025 | 08:35

Yaxşı görmək istəyirsinizsə, bu qidalardan çox yeyin

Göz sağlamlığını qorumaq və görmə qabiliyyətini uzun müddət yüksək səviyyədə saxlamaq üçün düzgün qidalanma mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, bəzi vitamin və antioksidantlarla zəngin olan qidalar gözləri gücləndirir, yaşla bağlı görmə zəifləməsinin qarşısını alır.

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə A, C və E vitaminləri, həmçinin sink və omega-3 yağ turşuları ilə zəngin məhsullar gözlər üçün faydalıdır. Bu maddələr retina sağlamlığını dəstəkləyir, quruluq və yorğunluq hissini azaldır, eyni zamanda katarakta və sarı nöqtə xəstəliyi (makula degenerasiyası) riskini azaldır.

Göz sağlamlığını qoruyan başlıca qidalar bunlardır:

Yerkökü - Beta-karotin mənbəyidir və A vitamini ilə zəngindir.

İspanaq və kələm - Lutein və zeaksantin adlı antioksidantlarla doludur.

Balıq (xüsusilə somon və sardina) - Omega-3 yağ turşuları ilə zəngindir.

Yumurta - A vitamini, lutein və sink tərkibli faydalı qidadır.

Qoz, badam və günəbaxan tumu - E vitamini və sağlam yağlarla zəngindir.

Narenciye meyvələri (portağal, limon) - C vitamini ilə göz toxumalarını qoruyur.

Qeyd edək ki, oftalmoloqlar tövsiyə edir ki, balanslı qidalanma ilə yanaşı, kifayət qədər su içmək, gözləri uzun müddət ekran qarşısında yormamaq və müntəzəm göz müayinəsi də görmənin qorunmasında vacib şərtlərdir.


SON XƏBƏRLƏR

10 Iyul 2025