• Bakı 26° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Övladlığa verilən uşaqların sayı açıqlandı

CƏMİYYƏT

10 Iyul 2025 | 08:43

Övladlığa verilən uşaqların sayı açıqlandı

2025-ci il ərzində valideyn himayəsindən məhrum olan və dövlətin qayğısı ilə əhatə olunan uşaqların övladlığa verilməsi istiqamətində mühüm addımlar atılıb.

Bakıvaxtı.az xəbər verir li, bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib.

Məlumata görə, 37-si oğlan, 34-ü qız olmaqla, ümumilikdə 71 uşaq övladlığa verilib.

"Onlardan 5 nəfəri Agentliyin tabeliyində olan müəssisələrdə yaşayan uşaqlardır", - qurumdan qeyd olunub.

Qeyd edək ki, 2024-cü ildə 165 uşaq övladlığa verilib. 216 uşaq reinteqrasiya tədbirləri nəticəsində müəssisələrdən öz ailələrinə geri qaytarılıb. Eyni zamanda 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə 271 uşaq müəssisəyə yerləşdirilib, 38 uşaq 18 yaşı tamam olduğuna görə müəssisəni tərk edib, 182 uşaq ailə himayəsində saxlanılıb.


SON XƏBƏRLƏR