Xəbər verdiyimiz kimi, Yevlaxda yeniyetməni maşın vurub.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 24.05.2026-cı il tarixində saat 21:30 radələrində 2010-cu il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qurumdan verilən məlumata görə, ənsə nahiyəsinin əzilmiş yarası, sağ bud-çanaq oynağının arxa səthinin sıyrığı və əziyi, sol baldır-daban oynağının əziyi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında ixtisaslı tibbi xidmətdən imtina edilib.
Zeynəb Rzayeva
Bakı 




