Bayram mübasibətilə 134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev qurumda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bayram mübasibətilə 134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb. 75 ünvanda kəsim və satış, 32 ünvanda yalnız kəsim, 27 ünvanda yalnız satışı həyata keçiriləcək:
"Respublika üzrə gün ərzində təxminən 10 min xırdabuynuzlu heyvanın kəsimi, ümumilikdə isə 23 min heyvanın kəsilərək və ya diri halda satışının həyata keçirilməsi üçün şərait yaradılacaq. Heyvanların kəsimi və satışında hər hansı çətinlik olmayacaq".
Bakı 




