• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib

SİYASƏT

25 May 2026 | 10:13 | Müəllif: Əli Hüseynov

XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Toplanış zamanı hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi və digər hazırlıqlar üzrə məşğələlər keçirilib, eləcə də vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.


XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı keçirilibXTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı keçirilibXTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026