• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləməyəcək

SİYASƏT

25 May 2026 | 12:34 | Müəllif: Əli Hüseynov

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləməyəcək

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb amerikalıların Anım Gününü (Memorial Day) qeyd etməsidir.

"Hər il amerikalılar Anım Günündə (Memorial Day) ABŞ Silahlı Qüvvələrində xidmət keçərkən həyatını qurban vermiş qəhrəman qadın və kişiləri ehtiramla yad edirlər. Amerika müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir dövrdə biz azadlıq, sülh və bizi birləşdirən dəyərlər uğrunda canından keçən insanları minnətdarlıqla xatırlayırıq. Onların fədakarlığı heç vaxt unudulmayacaq. Nəzərinizə çatdırırıq ki, ABŞ səfirliyi bayram münasibətilə mayın 25-i, bazar ertəsi günü bağlı olacaq", - səfirliyin paylaşımında vurğulanıb.

Xatırladaq ki, Anım Günü (Memorial Day) ABŞ-də hər il may ayının son bazar ertəsi günü keçirilən Amerika bayramıdır. Bir çox amerikalı həmin gün qəbiristanlıqları və abidələri ziyarət edir, ailələri ilə birgə toplaşaraq paradlara qatılmaqla qeyd edirlər. ABŞ şəhərlərində hərbi heyətin və veteran təşkilatlarının birgə iştirakı ilə paradlar keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026