Vladimir Putinlə Donald Tramp arasında baş tutan çoxdan gözlənilən görüş Rusiya üçün ciddi siyasi uğur gətirmədi. Kreml bu danışıqlardan strateji dividendlər əldə etməyi hədəfləsə də, nəticə gözləntilərin tam əksi oldu.
Moskva, xüsusən də Ukrayna münaqişəsində müəyyən güzəştlərə nail olacağına, Qərbin sanksiyalar siyasətində yumşalma müşahidə ediləcəyinə ümid bəsləyirdi. Lakin bu istiqamətdə heç bir real addım atılmadı. Əksinə, Amerika Birləşmiş Ştatlarının sərt mövqeyinin dəyişmədiyi və Avropa liderlərinin Vaşinqtonun arxasında birləşdiyi görüntüsü daha da gücləndi.
Bu görüşün ən mühüm nəticəsi odur ki, Rusiya diplomatik masadan heç bir qazancla qalxmadı.
Putin özünü “təyin edici oyunçu” kimi göstərmək istəsə də, əksinə, beynəlxalq aləmdə daha da təcrid olunmuş obraz sərgilədi. Onun sərt ritorikası və qısa çıxışları arzulanan təsiri bağışlamadı,
Tramp isə bu prosesdən daha güclü çıxaraq Qərbi konsolidasiya edən lider mövqeyini möhkəmləndirdi.
Beləliklə, görüşün yekunu Rusiyanın itkilərini daha da aydın göstərdi. Putin diplomatiya meydanında yeni üstünlük əldə edə bilmədi və danışıqlardan əli tamamilə boş ayrıldı.
Züriyə Qarayeva