• Bakı 29° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

DİQQƏT: Qatarların hərəkətində gecikmələr olacaq

CƏMİYYƏT

07 Avqust 2025 | 09:26

DİQQƏT: Qatarların hərəkətində gecikmələr olacaq

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq.

Bakıvaxtı.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən  verilən məlumata görə, qatarların hərəkət qrafikində 10-30 dəqiqə intervalında gecikmə ola bilər.

    "ADY sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edir", - məlumatda qeyd olunur.

    Təmir işlərinin nə vaxta qədər davam edəcəyi sualına cavab olaraq bildirilib ki, bu barədə gün ərzində məlumat veriləcək.


    SON XƏBƏRLƏR

    06 Avqust 2025