Sabirabadın bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, diametri 315 mm PE “Nərimankənd-Ulacalı” orta təzyiqli yeraltı qaz kəmərində və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar sabah 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 21 kəndində - Nərimankənd, Qaratəpə, Yastıqobu, Əhmədabad, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 9638 abonent) “Nərimankənd” QPS-dən qidalanan “Nərimankənd” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.