• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Dollar bahalaşacaq? - "Valyuta qıtlığı yaranıb"

İQTİSADİYYAT

29 Avqust 2024 | 16:14

Dollar bahalaşacaq? - Valyuta qıtlığı yaranıb

“Son günlər ölkədə bankların əksəriyyətində dollar satışında məhdudiyyətlərin olması ilə bağlı məlumatlar yayılır. Qeyd edim ki, buna qədər də dəfələrlə bankların dollar satışını məhdudlaşdırması halları baş verib. Amma 2017-ci ildən bəri faktiki olaraq ölkədə sabit məzənnədir. Ola bilsin ki, hərraclar arasındakı vaxt hansısa səbəbdən uzanır, banklar proqnozlaşdırmaqda çətinlik çəkirlər və lazım olan qədər hərracdan valyuta almırlar. Nəticədə belə bir qıtlıqla üzləşirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakupost.az -a iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan bazarı çox kiçik olduğundan iri bir şirkətin bazara daxil olub, valyuta alıb hansısa borc öhdəliyini yerinə yetirməsi belə ciddi valyuta qıtlığı yarada bilər:

“Bu gün maliyyə bazarında təklif qıtlığının yaranması qısamüddətli texniki səbəblərlə bağlıdır”.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024