• Bakı 14° C

    1.99 m/s

Qonşu ölkədə donuz qripi tüğyan edir: Bizi nə gözləyir?  

CƏMİYYƏT

28 Dekabr 2022 | 12:03

Qonşu ölkədə donuz qripi tüğyan edir: Bizi nə gözləyir?

Rusiyada donuz qripi tüğyan edir. Nəzərə alsaq ki, yeni il münasibəti ilə Azərbaycana digər ölkələrdən gələnlərlə yanaşı Rusiyadan da qonaq olanlar çox olacaq.

Ölkəmizdə donuz qripi yayıla bilərmi?

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bunun Azərbaycana o qədər də ciddi təsir göstərəcəyini düşünmürəm: “Rusiyada geniş yayılsa da rəqəm o dərəcə deyil. Yəni bu rəqəmlər Rusiyadan Azərbaycana gələnlər içərisində donuz qripinə yoluxan xəstələrin kifayət qədər olmasına əsas vermir. Onu da nəzərə almalıyıq ki, bu xəstəlik, əsasən, donuzlardan keçir. Rusiyada donuz çoxdur, onun kəsilməsi, yeyilməsi prosesində donuz qripi yoluxur”.

M.Əliyev qeyd edib ki, təbii ki, qripin insandan-insana yoluxma ehtimalı da var, amma Azərbaycana gələnlər arasında xəstələrin olub-olmayacağı məlum deyil: “Donuz qripi kəskin gedən bir xəstəlikdir, adətən, kənardan özünü göstərir. Təbii ki, gərək bu nəzərə alınsın və Rusiyadan gələnlər müayinədən keçirilsin. Lakin donuz qripi xəstəliyi Azərbaycanda yayılsa da, çox böyük problem yaşadacağını düşünmürəm, yenə də gələnlər müayinə olunsa, yaxşı olar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR