• Bakı 16° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Dubaydan Tbilisiyə uçan təyyarə təcili Bakıya endi - YENİLƏNİB

CƏMİYYƏT

27 Dekabr 2022 | 13:10

Dubaydan Tbilisiyə uçan təyyarə təcili Bakıya endi - YENİLƏNİB

Qatı duman səbəbilə Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı bir neçə aviareysi qəbul edə bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Gürcüstanın İctimai kanalı "TAV Georgia" şirkətinə istinadən yayıb. Bildirilib ki, “Flydubai”nin Tbilisiyə olan iki aviareysindən biri Tbilisi hava limanında güclü duman səbəbilə Bakıya uçmalı olub.

Daşkənd-Tbilisi reysi isə Tbilisi əvəzinə Soçi hava limanına enəcək.
 

12:36

Tbilisi hava limanında güclü duman səbəbindən “FlyDubai” aviaşirkətinin Dubay-Tbilisi marşrutu üzrə hərəkət edən FZ-8637 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Bu barədə Bakıvaxtı.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, “Boeing 737 MAX” təyyarəsi yerli vaxtı ilə saat 12:03-də Bakı hava limanında eniş edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026