Xaçmaz rayonu, Bakı prospektində yerləşən, hüquqi şəxs “Zeytun-2015” MMC-yə məxsus “Zeytun” restoranı cərimələnə bilər.
Bakıvaxtı.az xəbər verir ki, dövlət yol polisi “Zeytun-2015” barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi əsasında protokol tərtib edərək işi Xaçmaz Rayon Məhkəməsinə göndərib.
İnzibati xətalar haqqında iş hakim Vüsalə Qasımovanın icraatına verilib.
İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə bildirilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
İbRa
















