• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İldə 10 min insanın ölümünə səbəb olurdu: Yeni peyvənd təsdiqləndi

DÜNYA

04 May 2023 | 11:26

İldə 10 min insanın ölümünə səbəb olurdu: Yeni peyvənd təsdiqləndi

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) dünyada ilk Respirator Sinsitial Virus (RSV) peyvəndini istifadə üçün təsdiqləyib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Britaniya GSK Plc dərman istehsalçısı tərəfindən hazırlanmış bu peyvənd insanlar üçün ölümcül ola biləcək ümumi tənəffüs xəstəliyindən qorunmaq üçün dünyada təsdiqlənmiş ilk RSV peyvəndidir.

FDA tərəfindən edilən şərhdə GSK-nın Arexvy peyvəndinin RSV-nin səbəb olduğu alt tənəffüs yolları xəstəliklərinin qarşısını alacağı, xüsusən də əsas sağlamlıq problemləri olan, yaşı 60-dan yuxarı şəxslər üçün olduğu bildirilib.

FDA Bioloji Qiymətləndirmə və Tədqiqat Mərkəzinin direktoru Dr. Peter Marks deyib ki, ürək, ağciyər xəstəlikləri və ya zəifləmiş immunitet sistemi kimi əsas sağlamlıq problemləri olan xüsusilə yaşlı yetkinlər RSV tərəfindən törədilən ciddi xəstəliklər üçün yüksək risk altındadırlar: "Bu gün ilk RSV peyvəndinin təsdiqlənməsi təhlükə yaradan xəstəliklərin qarşısını almaq üçün mühüm ictimai problemdir. Bu təsdiq FDA-nın Birləşmiş Ştatlarda istifadə üçün təhlükəsiz və effektiv peyvəndlər hazırlamaq öhdəliyini əks etdirir."

Hər yaş qrupundan fərdlərdə görülə bilən,ağciyər və tənəffüs yollarında infeksiyalara səbəb ola bilən yüksək yoluxucu virus sayılan RSV-nin adətən payızda başladığı, qışda ən yüksək həddə çatdığı qeyd olunur. 

Məlumata görə, RSV virusu səbəbindən ABŞ-da 65 və daha yuxarı yaşlı insanların 60 000-120 000-i xəstəxanaya yerləşdirilir. Bu xəstəlik 6 000-10 000 ölümə səbəb olur.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) qeyd edib ki, keçən ilki RSV hadisələri iyun ayında başlayıb noyabrda isə pik həddə çatıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026