• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DƏHŞƏTLİ QƏZA: Sərnişin qatarı yük qatarı ilə toqquşdu - 70 ölü - YENİLƏNİB

DÜNYA

02 Iyun 2023 | 23:03 | Müəllif: Subhan Mahmudov

DƏHŞƏTLİ QƏZA: Sərnişin qatarı yük qatarı ilə toqquşdu - 70 ölü - YENİLƏNİB

Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 70-ə çatıb.

Yerli sakinlər qurbanların sayının 100-ə yaxınlaşa biləcəyini iddia edirlər. Müxtəlif hesablamalara görə, qurbanların sayı 400-ə yaxındır. 

20:44

Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb.

Hadisə nəticəsində 50 nəfər ölüb, 179 nəfərin isə xəsarət aldığı bildirilir.

 

***20:47

Hindistanda sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 8 vaqon relsdən çıxıb.

Bakıvaxtı.az bildirir ki, "Hindustan Times" qəzetinin məlumatına görə 50 nəfər həlak olub.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026