• Bakı 7° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Fransa komendant saatı tətbiq edəcək

DÜNYA

02 Iyul 2023 | 21:25 | Müəllif: Subhan Mahmudov

Fransa komendant saatı tətbiq edəcək

Fransanın şimalındakı on kommunanın hakimiyyəti iğtişaşlarla mübarizə üçün komendant saatı tətbiq edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb .

Lill , Dinant, Croix, Rubaix və digər şəhərlərdə komendant saatı tətbiq olunmağa başlayıb.

Telekanalın məlumatına görə, o, yerli vaxtla 20:00-dan 22:00-a kimi iki saat fəaliyyət göstərəcək. Kommunadan asılı olaraq həm bütün sakinlərə, həm də yalnız yetkinlik yaşına çatmayanlara şamil edilə bilər.

Məhdudiyyət həmçinin Parisin bir sıra şəhərətrafı qəsəbələrində və digər bölgələrdə, xüsusən də Darnetal kommunasında (Normadie) tətbiq edilir.

İyulun 2-də Fransa Merlər Assosiasiyasının rəhbəri David Lisnar iyulun 3-də ölkə boyu bələdiyyə binaları qarşısında mitinqlərin keçiriləcəyini və bu aksiyalarda vətəndaşların iğtişaşlara qarşı çıxacağını bildirib . Bu gün güllələnən yeniyetmənin nənəsi iğtişaşlara son qoymağa çağırıb. 

Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nantrda başlayan aksiyalar bir gün sonra onlara Lill və Tuluza sakinləri də qoşulub . Daha sonra etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib. İyunun 29-na keçən gecə nümayişçilər avtomobilləri yandırıb, vitrinləri sındırıb, polislərə hücum edib, barrikadalar qurublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026