• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna alternativ “Taxıl dəhlizi” tapdı

DÜNYA

01 Avqust 2023 | 20:23 | Müəllif: Subhan Mahmudov

Ukrayna alternativ “Taxıl dəhlizi” tapdı

Rusiyanın “Taxıl dəhlizi” sazişindən çıxması rəsmi Ukraynanı kənd təsərrüfatı məhsullarının ixracı üçün alternativ yollar axtarmağa məcbur edib.

Bakıvaxtı.az xəbər verir ki, rəsmi Kiyev və Zaqreb Ukrayna taxılının ixracı üçün Xorvatiya limanlarından istifadə olunmasına dair razılığa gəlib. Müvafiq razılaşma iki ölkənin xarici işlər nazirləri arasında paytaxt Kiyevdə keçirilən danışıqlarda əldə olunub.

“Biz Ukrayna taxılının daşınması üçün Xorvatiyanın Dunay və Adriatik dənizindəki limanlarından istifadə imkanları barədə razılığa gəlmişik. İndi çalışacağıq ki, bu limanlara ən səmərəli marşrutlar quraq və imkandan maksimum yararlanaq”, - deyə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. Onun sözlərinə görə, “ixraca istənilən töhfə - açıq qlobal ərzaq təhlükəsizliyinə real və effektiv töhfədir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026