• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynaya raket hücumu: 6 ölü

DÜNYA

01 Avqust 2023 | 17:44

Ukraynaya raket hücumu: 6 ölü

Rusiya Ukraynanın mülki yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Rusiya raketləri ölkənin mərkəzi hissəsini hədəfə alıb. Raketlərin yaşayış binasına düşməsi nəticəsində 1-i uşaq olmaqla 6 nəfər dünyasını dəyişib, 75 nəfər yaralanıb.

Rusiya raketləri növbəti dəfə mülki yaşayış məntəqələrini hədəfə alıb. Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu həyata keçirilib. Mülki əhalinin yaşadığı 9 mərtəbəli bina raketin hədəfi olub. Binanın bir hissəsi dağılıb, sakinlər qaçıblar. İnsanların çoxu xilasedicilər tərəfindən xilas edilib. Hücumdan sonra şəhərdə bir günlük matəm elan edilib. 

Prezident Vladimir Zelenski deyib ki, bu terrorlar Ukrayna xalqını qorxutmur: "Biz çalışırıq, xalqımızı xilas edirik".

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat Rusiyanın hücumu ballistik raketlərlə həyata keçirdiyini açıqlayıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026