• Bakı 25° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Priqojinin son görüntüləri ortaya çıxdı

DÜNYA

31 Avqust 2023 | 15:55

Priqojinin son görüntüləri ortaya çıxdı

Avqustun 23-də Rusiyanın paytaxtı Moskva yaxınlığında qəzaya uğrayan təyyarədə həyatını itirən rus muzdlu “Vaqner”in lideri Yevgeni Priqojinin yeni görüntüləri qrupla əlaqəli Telegram kanalında paylaşılıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, kadrlarda hərəkətdə olan avtomobilin içində görünən Priqojin deyir: “Həyatda olub-olmadığımı soruşanlar üçün 2023-cü ilin avqust ayının həftəsonudur və mən Afrikadayam”.

“Məni məhv etməyi düşünən və nə qədər qazandığımı müzakirə edən insanlar üçün həyatımda hər şey yaxşıdır” deyən Priqojin çıxışını yekunlaşdırarkən kameraya əl yelləyir.

Paylaşılan görüntülərdə Priqojinin “həftə sonu” dediyini nəzərə alsaq, Vaqner liderinin videosunun qəzadan 3-4 gün əvvəl çəkilmiş ola biləcəyi təxmin edilir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026