• Bakı 18° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Ermənistan-Türkiyə sərhədi barədə vacib AÇIQLAMA

DÜNYA

02 Iyul 2023 | 21:16 | Müəllif: Subhan Mahmudov

Ermənistan-Türkiyə sərhədi barədə vacib AÇIQLAMA

Hazırda Ermənistan Türkiyə ilə sərhəd bölgəsində Marqara (Alican) sərhəd-keçid məntəqəsinin yenidən qurulması və təchiz edilməsi üzərində fəal işləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

O qeyd edib ki, proses yaxın vaxtlarda yekunlaşacaq.

"Ümid edirəm ki, Türkiyə tərəfi də razılaşmanı yerinə yetirəcək və tezliklə üçüncü şəxslərin vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhəd açıq olacaq”, - deyə Rubinyan bildirib.

Rubinyanın sözlərinə görə, belə hallarda əldə edilən ilk razılaşmaların yerinə yetirilməsi çox vacibdir. 

"Razılaşmalar yerinə yetirilirsə, o zaman inam artır, razılaşmalar həyata keçirilməsə, onda mövcud olan kiçik inam yox olur. Və bu yaxşı deyil”, - Rubinyan vurğulayıb.

Xatırladaq ki, aprelin 21-də Ermənistan hökuməti Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsində layihələndirmə və tikinti-təmir işlərinə 28,3 milyon dram (təxminən 73 min dollar) vəsait ayırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026