ABŞ əmindir ki, Kiyevin hücum üçün lazımi ehtiyaclarını ödəyib.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ağ Ev nümayəndəsi Con Kirbi deyib.
“Biz çox şadıq ki, hücum üçün Ukraynanın lazımi ehtiyaclarını ödəmişik. Hücumun nə vaxt baş verəcəyinə özləri qərar verəcək. Biz isə bacardığımızı etmişik. "Biz" deyəndə təkcə ABŞ-ı nəzərdə tutmuram. ABŞ-la yanaşı müttəfiqləri çox şey edib və davam etməyə hazırıq”, - deyə o bildirib.
















