• Bakı 22° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Dünyada ən çox kasıb harada yaşayır? - ARAŞDIRMA

DÜNYA

08 Oktyabr 2021 | 16:14

Dünyada ən çox kasıb harada yaşayır? - ARAŞDIRMA

Müasir dünyada müxtəlif irqi, etnik və dini qruplar arasında həyat səviyyəsindəki bərabərsizlik planetin müxtəlif coğrafi bölgələrinin sakinləri ilə müqayisədə daha dərindir və əsasən etnik faktorla müəyyən edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT mətbuat xidməti "Çoxölçülü yoxsulluq" səviyyəsinin təhlilinin nəticələrinə istinadən məlumat yayıb.

Mütəxəssislər ümumi əhalisi 5,9 milyard olan 109 ölkədə yoxsulluğun səviyyəsini və strukturunu təhlil ediblər. Mütəxəssislər etnik və irqi qrupların həyat səviyyələrinin bir çox hallarda fərqli coğrafi bölgələrin sakinləri ilə müqayisədə daha çox fərqləndiyi qənaətinə gəlibər. Məsələn, Boliviyada yerli icmalar ölkə əhalisinin təxminən 44%-ni təşkil edir, lakin onların ümumi yoxsulluq payı 75% qiymətləndirilir. Bənzər bir vəziyyət altı yoxsuldan beşinin "aşağı" tayfalara və ya kastalara mənsub olduğu Hindistanda da müşahidə olunur.

Bundan əlavə, mütəxəssislərin fikrincə, bir çox ölkədə gəlir səviyyəsinin bölgüsündə cinsiyyət önəmlidir. Dünyadakı yoxsulların təxminən üçdə ikisi - 836 milyon insan heç bir qadının və ya qızın ən azı altı illik təhsilini bitirmədiyi ailələrdə yaşanır. Hesabat həmçinin yoxsulluq içində yaşayan qadın və qızların ən çox ərlərindən və ya yaşadığı insandan şiddət görmə riski ilə üzləşdiklərini göstərir.

Təşkilata görə, hazırda dünyada çoxölçülü yoxsulluq şəraitində yaşayan ən az 1,3 milyard insan var və onların təxminən yarısı 18 yaşdan kiçik uşaqlardır. Ən çox yoxsul insan 85% Afrikada (556 milyon) və ya Cənubi Asiyada (532 milyon) yaşayır.

Yer kürəsində təxminən bir milyard insan yemək üçün bərk yanacaqlardan istifadə etmək məcburiyyətindədir, Daha bir milyard insan antisanitariya şəraitində yaşayır və təxminən bir milyarda yaxın insan praktiki olaraq yaşayış üçün uyğun olmayan mənzillərdən yaşayır. 568 milyon insanın evindən 30 dəqiqəlik məsafədən yaxın olan təmiz içməli su mənbələrinə çıxışı yoxdur.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026