• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Dünyanın "ən tüklü qızı”nın son halı ŞOK ETDİ

DÜNYA

28 Noyabr 2023 | 14:25

Dünyanın ən tüklü qızı”nın son halı ŞOK ETDİ

Bir vaxtlar dünyanın “ən tüklü qızı kimi tanınan Supatra Natty Sasuphan uşaqlıqdan əziyyət çəkdiyi Ambras sindromuna görə sinif yoldaşları tərəfindən məsxərəyə qoyulurdu. Sasuphan aldığı müalicələr sayəsində bu gün tamamilə yeni bir görünüş qazanıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, 5 avqust 1999-cu ildə anadan olan Supatrada nadir hallarda rast gəlinən Ambras sindromu var idi. Ambras sindromu DNT dəyişikliklərindəki qüsur səbəbiylə bədənin demək olar ki, hər yerində artıq tüklərin çıxmasıdır.

Natty doğulanda həkimlər anasının uşağını geridə qoyacağını düşünərək onu tərk etmək istəməyiblər. Anası Sompon isə nə olursa olsun, uşağını tərk etməyəcəyini bildirib. Natty mehriban bir ailədə böyüsə də, vəziyyətini başa düşməyən insanlar ona qarşı kobud davranırdılar.

Natty böyüdükcə Ambras sindromu səbəbindən üzü tüklərlə örtüldü. Lazer epilyasiya kimi üsullar gənc qızın tüklərinin uzanmasını ləngidə bilmədi. Bütün zorakılıqlara baxmayaraq, Natty vəziyyətini qəbul edərək çətinliklərin öhdəsindən gələ bildi. Yetkinlik yaşına çatanda Natty üzünü və bədənindəki tükləri qırxmağa və müalicə almağa başladı.

Bəzi insanlar Nattynin sağaldığını düşünsələr də, o, müntəzəm qayğı və müalicə alır. Xəstəlik tamamilə yox olmayıb.

Son versiyasını sosial şəbəkədə paylaşan Natty qadının bədənindəki tüklərə görə tənqid edilməməsi lazım olduğunu vurğulayır və onun vəziyyətini qəbul etdiyini bildirir.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024