• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiyada prezidentliyə namizədlərin sayı 33 nəfərə çatıb

DÜNYA

28 Dekabr 2023 | 12:45

Rusiyada prezidentliyə namizədlərin sayı 33 nəfərə çatıb

Rusiya Federasiyasının prezidentliyinə namizədliyini irəli sürmək üçün müraciət edənlərin sayı 33 nəfər təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib.

MSK rəhbəri qeyd edib ki, bu günə olan məlumata görə, prezident seçkilərində 9 namizəd partiyalar tərəfindən, 24 nəfər isə müstəqil namizəd kimi seçkilərdə iştirak etmək niyyətindədir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn il martın 17-də keçiriləcək. Rusiyalı seçicilər martın 15-dən başlayaraq üç gün müddətimdə səsvermədə iştirak edə biləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026