• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tramp 83 milyon dollar təzminat ödəyəcək

DÜNYA

27 Yanvar 2024 | 11:44

Tramp 83 milyon dollar təzminat ödəyəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda “E. Jean Carroll” adlı qadına qarşı təcavüz və təhqir işində 83 milyon dollar təzminat ödəməyə məhkum edilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkda uzun müddətdir davam edən iş üzrə münsiflər heyəti bu gün Trampla bağlı qərarını açıqlayıb. 

Münsiflər heyəti keçmiş ABŞ prezidentinin Carrolun reputasiyasına vurduğu ziyanı əsas gətirərək Trampı ümumilikdə 83,3 milyon dollar təzminat ödəməyə məhkum edib.

Qərardan xəbər tutan Carrol vəkilini qucaqlayaraq sevincini nümayiş etdirərkən, Tramp sosial media platforması Truth Social-dakı hesabında "Tamamilə cəfəngiyyatdır. Bu qərarla heç bir şəkildə razılaşmıram. Bura Amerika deyil" deyib. 

Xatırladaq ki, 80 yaşlı jurnal yazıçısı E. Jean Carroll Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı Bergdorf Goodman mağazasının soyunub-geyinmə otağında ona təcavüz etdiyini bildirsə də, Tramp bu iddiaları rədd etmişdi. 

Tramp iki həftəlik dinləmələrdən sonra 2023-cü ilin mayında Carollun açdığı “zorlama və təhqir” işində münsiflər heyəti tərəfindən günahkar bilinib. Münsiflər heyəti bildirmişdi ki, Tramp Carrolla ümumilikdə 5 milyon dollar təzminat, cinsi qısnamaya görə 2 milyon dollar və böhtana görə 3 milyon dollar ödəməlidir.

İlk qanuni qələbədən sonra Kerroll Trampa qarşı qazandığı 5 milyon dollar təzminatdan əlavə 10 milyon dollarlıq ikinci “zərər təzminatı” iddiası qaldırıb və 6 sentyabr 2023-cü ildə hakim bu işdə yenidən Trampı məsul hesab etdi. Yanvarın 16-da Nyu-Yorkda başlayan “zərərin təzminatı” işində bu dəfə 9 nəfərlik münsiflər heyəti yalnız Trampın ödəyəcəyi təzminat məbləğinə qərar verəcək.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR