• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Fələstin hökuməti istefa verəcək

DÜNYA

26 Fevral 2024 | 08:55

Fələstin hökuməti istefa verəcək

Ramallahda həftənin sonuna qədər texnokratlardan ibarət Fələstin hökuməti yaradıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sky News Arabia” prezident Mahmud Abbasın administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Yeni baş nazir postuna ən çox ehtimal olunan namizəd Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafadır.

Xatırladaq ki, Ramallahdan 2019-cu ildən baş nazir Məhəmməd Ştayyenin rəhbərlik etdiyi hökumətin bu gün istefa verəcək.

Fələstin liderinə yaxın mənbə “Al Mayadeen” televiziyasına bildirib ki, kabinet üzvləri buna baxmayaraq, yeni hökumət qurulana qədər fəaliyyətlərini davam etdirəcəklər. Mənbənin sözlərinə görə, prezident Abbas bəzi regional oyunçuların və ABŞ-nin ona etdiyi təzyiqlər fonunda hökuməti buraxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026