• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Rusiya ordusuna güclü zərbə endirildi

DÜNYA

26 Mart 2024 | 23:31 | Müəllif: Subhan Mahmudov

Rusiya ordusuna güclü zərbə endirildi

24 saat ərzində Ukrayna ordusu rus işğalçıların mövqelərinə dəqiq zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sosial şəbəkə hesabında bildirilib.

“Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində 2 idarəetmə məntəqəsinə və düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 8 əraziyə zərbələr endirib.

Eyni zamanda, Ukrayna raket qüvvələrinin bölmələri düşmənin 1 hava hücumundan müdafiə silahını, 1 artilleriya silahını və 1 döyüş sursat anbarını məhv edib.

Rus işğalçılar da öz növbəsində Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə 4 raket və 52 hava zərbəsi endirib, çoxsaylı reaktiv raket sistemlərindən 43 hücum həyata keçirib”, - məlumatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR