Braziliyada dövlət çevrilişinə cəhdlə bağlı istintaqda adı hallanan keçmiş prezident Jair Bolsonaronun minlərlə tərəfdarı küçələrə axışıb.
Bakıvaxtı.az TGRT Haber-ə istinadən xəbər verir ki, etirazçılar paytaxt San-Pauluda Paulista Bulvarında toplaşıblar.
Nümayişçilər əllərində Braziliya bayraqları tutaraq Bolsonaroya dəstək şüarları səsləndiriblər.
Bolsonaroya dəstək üçün toplaşan etirazçıların sayının 700 min nəfərdən çox olduğu bildirilir.
Qeyd edək ki, bu ilin əvvəlində pasportu müsadirə edilən Bolsonaro, seçkilərin nəticələrini ləğv etməyə yönəlmiş fərman hazırlamaqda, hərbi liderlərə çevriliş cəhdinə qoşulmaq üçün təzyiq göstərməkdə və 2022-ci il seçkilərində prezident Luiz İnasio Lula da Silvaya uduzduqdan sonra Ali Məhkəmənin hakimini həbs etməyi planlaşdırmaqda ittiham olunur.
Günəş Mərd
















