“Şahzadə Harri kraliçaya xəyanət edib”.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu iddia ilə ABŞ-nin eks-prezidenti Donald Tramp çıxış edib.
Qeyd olunur ki, Sasseks cütlüyü 2020-ci ildə ABŞ-a köçüb.
Tramp Bayden administrasiyasının onlara qarşı "çox mədəni" davrandığını deyib.
Vaşinqton yaxınlığındakı Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxış edən Tramp "Mən onu qorumazdım. O, kraliçaya xəyanət etdi. Bu, bağışlanmazdır. Məndən asılı olsaydı, şahzadə təkbaşına qalardı", - deyə qeyd edib.
Ay Tac
















