• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Macarıstan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər   

DÜNYA

26 Fevral 2024 | 11:42

Macarıstan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər

Bu gün Macarıstan parlamentində İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası üzrə səsvermə keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, səsvermədə Macarıstanın İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsi də gözlənilir.

Qeyd edək ki, ötən cümə günü İsveçin Baş naziri Ulf Kristersson Macarıstana səfər edib. Ölkələr arasında silah satışı ilə bağlı müqavilə imzalanıb.

Xatırladaq ki, İsveç 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə və Macarıstan bu qərara qarşı çıxıb. Türkiyə 2023-cü ildə razılıq verib.

Günəş Mərd 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026