Yeniyetmələr “Telegram”da naməlum şəxslərdən Donetsk Xalq Respublikasında (DXR) “Krokus Siti Holl”da baş vermiş hücuma bənzər məktəbə hücum təşkil etmək təklifi aldıqlarını bildiriblər.
Bakıvaxtı.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
Məlumatda qeyd olunur ki, Novoazovskaya 1 saylı məktəbində partlayışa görə onlara 1,5 milyon rubl vəd edilib.
Mariupolun “Xalq Dəstəsi”nin müəllimləri və fəalları da təhrikçi mesajların paylanmasından xəbərdardırlar və onlar hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Mina Mikayılova














