• Bakı 12° C

    13.09 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Sabiq nazir HƏBS EDİLDİ

DÜNYA

26 Aprel 2024 | 09:53

Sabiq nazir HƏBS EDİLDİ

Məhkəmə Ukraynanın keçmiş kənd təsərrüfatı naziri Nikolay Solskini həbs edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın “RBC.Ukraine” nəşri məlumat yayıb.

Ən yüksək antikorrupsiya məhkəməsinin qərarı ilə o, 75 milyon qrivna (1,89 milyon dollar) məbləğində girov müqabilində azadlığa buraxılma ehtimalı ilə həbs edilib.

Solski qanunsuz olaraq 291 milyon qrivna (7,34 milyon dollar) dəyərində dövlət torpaq sahəsinə sahib olmaqda və 191 milyon qrivna (4,82 milyon dollar) dəyərində başqa torpaq sahəsini ələ keçirməyə cəhddə şübhəli bilinir.

Aprelin 25-də Solski cinayət işinə görə istefa verib.


SON XƏBƏRLƏR

06 May 2024