• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Oyun meydançası yandı: 27 nəfər öldü - YENİLƏNİB

DÜNYA

26 May 2024 | 00:17

Oyun meydançası yandı: 27 nəfər öldü - YENİLƏNİB

Hindistanın Rajkot şəhərində oyun meydançasında baş verən yanğında ölənlərin sayı 27 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mayın 25-də NDTV telekanalı rəsmilərin məlumatlarına istinadən məlumat yayıb.

"Rajkot şəhərindəki oyun meydançasında baş verən güclü yanğın nəticəsində 9-u uşaq olmaqla 27 nəfər həlak olub", - deyə nəşr bildirib.

***20:54

Hindistanın Qucarat əyalətində əyləncə parkında baş verən yanğın nəticəsində  20 nəfər həyatını itirib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, polisin verdiyi açıqlamada, Rajkot şəhərindəki əyləncə parkında yanğının baş verib. 

Açıqlamada yanğının baş vermə səbəbinin hələ müəyyən edilmədiyi, ilkin məlumata görə, 20 nəfərin həyatını itirdiyi bildirilib.

Hindistanın baş naziri Narendra Modi "X" sosial media hesabından verdiyi açıqlamada yerli hökumətin yanğından zərər çəkənlərə yardım etdiyini və çox təəssüfləndiyini bildirib.


SON XƏBƏRLƏR

16 Iyun 2024