• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Fransa paytaxtında Yeni Kaledoniyaya dəstək aksiyası keçirilib

DÜNYA

26 May 2024 | 00:06

Fransa paytaxtında Yeni Kaledoniyaya dəstək aksiyası keçirilib

Fransanın paytaxtı Parisdə Yeni Kaledoniyada 13 gündür davam edən müstəqillik hərəkatı iştirakçılarına dəstək nümayişi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yüzlərlə insan Bastiliya meydanına toplaşaraq Yeni Kaledoniyanın yerli əhalisi olan kanaklara dəstək ifadə edib.

Nümayişçilər Opera meydanına doğru irəliləyiblər.

Yürüşdə “Yaşasın kanak xalqının mübarizəsi!”, “Yeni Kaledoniyanın müstəqilliyi”, “Kanak xalqı ilə həmrəylik!”, “Müstəmləkələrin vaxtı bitdi: kanaklara müstəqillik" plakatları qaldırılıb.

Aksiyanın təşkilatçısı kanak xalqı ilə Həmrəylik Komitəsi olub. İştirakçılar Fransa prezidenti Emmanuel Makronun Yeni Kaledoniya ilə bağlı siyasətini, o cümlədən bələdiyyə seçkilərində ona tətbiq edilən islahatları pisləyiblər.

Qeyd edək ki, Yeni Kaledoniyada etirazlar mayın 13-də başlayıb. Yerli əhali konstitusiyaya təklif edilən, 10 ildən çox adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində geniş səsvermə hüququ verən düzəlişdən narazıdır.

Etirazçılar dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea sazişinə zidd olduğunu bildiriblər.

Adaya səfər edən Fransa prezidenti Emmanuel Makron asayişi qorumaq üçün adada 3 min polis, xüsusi jandarma dəstəsindən 130 nəfər, həmçinin zirehli texnika və helikopterlərin qalacağını bildirib. Numea Beynəlxalq Hava Limanı mayın 28-dək bağlı qalacaq.


SON XƏBƏRLƏR

16 Iyun 2024