• Bakı 12° C

    12.46 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Ukraynaya vəd edilmiş hərbi yardımlar göndərilməyib - Stoltenberq

DÜNYA

26 Aprel 2024 | 10:23

Ukraynaya vəd edilmiş hərbi yardımlar göndərilməyib - Stoltenberq

NATO ölkələri son aylarda Ukraynaya vəd edilmiş hərbi yardımı göndərməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq Almaniyada çıxışı zamanı bildirib. 

O qeyd edib ki, ABŞ-nin Kiyevə yeni yardım paketi ilə bağlı razılığa gəlməsi aylar çəkib, Avropa İttifaqı isə vəd etdiyi sayda raketləri çatdırmayıb: "Gəlin düzünü deyək: Reallıq budur ki, NATO müttəfiqləri son aylarda Ukraynaya vəd etdikləri yardımı göstərməyiblər".

Aprelin 24-də ABŞ Senatı Ukraynaya 61 milyard dollar yardımın ayrılmasını təsdiqləyib. ABŞ administrasiyası 2023-cü ilin noyabrından bu qanun layihəsi ilə bağlı razılığa gələ bilmir. 


SON XƏBƏRLƏR

06 May 2024