• Bakı 12° C

    13.09 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Ukrayna “Abram”ı cəbhədən geri çəkir: nə baş verir?

DÜNYA

26 Aprel 2024 | 08:52

Ukrayna “Abram”ı cəbhədən geri çəkir: nə baş verir?

Ukrayna Amerikanın Abrams M1A1 tanklarını cəbhə xəttindən geri çəkir.

Bakıvaxtı.az xəbər verir ki, “Associated Press” bu barədə iki hərbi mənbəyə istinadən bildirir.

Məlumata görə, bunun səbəblərdən biri Rusiya ordusunun PUA-lardan istifadə etməsidir.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü ilin yanvarında ABŞ-dan 31 “Abram” alıb. Onlar qarşı tərəfin müdafiəsini yarmaq üçün istifadə olunub.

Lakin bu müddət ərzində döyüş meydanı xeyli dəyişib - kəşfiyyat və hücum pilotsuz təyyarələri hər yerdə fəal şəkildə istifadə olunmağa başlayıb. Bu da öz növbəsində Ukraynanın tankları mühafizəsini çətinləşdirib. Agentliyin məlumatına görə, 31 tankdan beşi artıq itib.

Yüksək rütbəli müdafiə rəsmisinin sözlərinə görə, döyüş meydanında pilotsuz uçan aparatların çoxalması “görünmək qorxusu olmadan sadəcə maşınla keçə bilinəcək açıq sahə yoxdur” deməkdir. Ona görə də bu hərbi texnika cəbhə xəttindən köçürülüb.

Murad Məmmədli


SON XƏBƏRLƏR

06 May 2024