• Bakı 14° C

    13.84 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Baydenin siyasətinə etiraz olaraq istefa VERDİ

DÜNYA

26 Aprel 2024 | 09:57

Baydenin siyasətinə etiraz olaraq istefa VERDİ

ABŞ Dövlət Departamentinin ərəbcə mətbuat katibi Hala Rharrit Prezident Cozef Baydenin Qəzza zolağı ilə bağlı siyasətinə etiraz olaraq istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Arabiya English” məlumat yayıb.

Bildirilib ki, Hala Rharrit Prezident Cozef Baydenin İsrailə silah göndərilməsi qərarından narazı qalıb: “Mən 2024-cü ilin aprelində ABŞ-nin Qəzza zolağındakı siyasətinə qarşı 18 illik xidmətdən sonra istefa verirəm”.

O, münaqişənin silah deyil, diplomatiya, sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti aprelin 24-də İsrailə 26 milyard dollar məbləğində hərbi yardımın edilməsinə dair sənədi imzalayıb.


SON XƏBƏRLƏR